Tərlan Əhmədov: "Müdafiə və hücum xəttini gücləndirəcəyik"

“Sonuncu tura şərh vermək çətindir. Mənə görə, heç-heçə başa çatan oyun “Neftçi” üçün daha önəmli idi. Amma istənilən halda, komandamın son iki turda yaxşı təsir bağışlaması məni sevindirir. Oyunun gedişində etdiyimiz dəyişikliklər bəhrəsini verdi. Ümumilikdə isə futbolçularıma 1 il ərzində sərgilədikləri oyuna görə təşəkkür edirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Premyer Liqanın son turunda "Neftçi" ilə heç-heçəyə (1:1)  şərh verən mütəxəssis heyətdə dəyişikliklər olacağını bildirib:

"Heyətdə müəyyən dəyişikliklər edəcəyik. Xüsusən də müdafiəni gücləndirəcəyik. Eyni zamanda, hücumçu da gətirməyi düşünürük. Bir neçə oyunçunu icarəyə vermək planımızda var. Hazırda kimin gedəcəyi, kimin gələcəyi ilə bağlı konkret danışa bilməyəcəyəm. Çünki çempionat bu gün başa çatdı. Bunun üçün müəyyən zamana ehtiyacımız var".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right