Araz Abdullayev Kipr klubunda

Azərbaycanlı futbolçu Araz Abdullayevin yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, 29 yaşlı Kiprin "Etnikos" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Arazla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Araz Abdullayev son olaraq Türkiyənin "Boluspor" klubunda çıxış edib. O, 2017-2018 mövsümündə də Kiprdə oynayıb. Abdullayev həmin dövrdə bu ölkənin "Anortosis" klubunda icarə əsında çıxış edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right