“Klublar dəyişir, dostlar qalır”

“Qarabağ”ın sabiq futbolçuları Yakub Jezniçak və Mahir Emreli Polşada görüşüb.

Newsport.az xəbər verir ki, Jezniçak Mahirlə şəklini İnstaqram hesabında paylaşıb. O, paylaşımında yazıb:

“Klublar dəyişir, dostlar qalır. Mahir Emreli uğur qazanmaq üçün hər şeyə sahibdir”.

Qeyd edək ki, Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. Müdafiəçi hazırda Polşanın “Visla” (Plotsk) çıxış edir. “Qarabağ”la müqaviləsinin müddəti bitən millimizin üzvü Mahir Emreli isə azad agent kimi Polşanın “Legiya” klubuna keçib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah