Azərbaycan millisi Ukraynadakı turnirə qatılacaq

Azərbaycan U-21 millisi mayın sonunda Ukraynada təşkil ediləcək Valeri Lobanovski xatirə turnirində iştirak edəcək.

 

Newsport.az xəbər verir ki, turnirə 4 komanda qatılacaq. Azərbaycan yığması ilə yanaşı Ukrayna, Özbəkistan və Tunisin U-21 milliləri qüvvəsini sınayacaq.

 

Millan Obradoviçin rəhbərlik etdiyi komanda ilk oyununu mayın 26-da ev sahibi Ukraynaya qarşı keçirəcək. Bu matçın qalibi 2 gün sonra digər cütün güclüsü ilə final matçına çıxacaqsa, məğlub tərəf 3-cülük matçı oynayacaq.

 

Sözügedən turnir ötən il koronavirus pandemiyası səbəbindən baş tutmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right