I Divizion: Bu gün çempion və medalçılar müəyyənləşə bilər

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XXV tura start veriləcək.

Newsport.az-ın məlumatına görə, əsas diqqətlər lider "Neftçi-2"nin "Kəpəz" komandası ilə ev oyununa yönələcək. Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında keçiriləcək görüşü baş hakim Nicat İsmayıllı idarə edəcək. Qarşılaşma saat 17:00-da başlanacaq.

"Ağ-qaralar" qalib gələcəkləri təqdirdə, vaxtından əvvəl çempion adını qazanacaqlar. Çempionatın sonuna 3 tur qalmış 58 xalla 1-ci yerdə gedən "Neftçi-2" ən yaxın izləyicisi "Zaqatala"nı 8 xal qabaqlayır. Əyalət komandası mayın 7-də "Qaradağ Lökbatan"ı qəbul edəcək. "Neftçi" uduzsa belə, "Zaqatala" sabah qalib gələ bilməsə, paytaxt təmsilçisi qızıl medallara yiyələnəcək.

Hazırda "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanovdur. Əslən Gəncədən olan 50 yaşlı mütəxəssis 1992 - 1996 və 1997 - 2000-ci illərdə "Kəpəz"in futbolçusu, 2012-2013-cü illərdə isə baş məşqçisi olub.

Bu gün həm də I Divizionun medalçıları müəyyənləşə bilər. Bundan ötrü "Sabah-2"nin "Turan Tovuz"u məğlub etməməsi lazımdır. Hazırda 41 xalla 4-cü yerdə gedən "Sabah-2" "Turan Tovuz"dan 6 xal geri qalır. Qərb təmsilçisi qızıl medallardan əlini üzsə də, gümüş medal şanslarını qoruyur. "Bank Respublika Arena"nın ehtiyat meydançasında keçiriləcək görüşün baş hakimi Rauf Allahverdiyev start fitini saat 16:00-da səsləndirəcək.

Qeyd edək ki, "Neftçi-2" I Divizionda müsabiqədənkənar oynadığından, Premyer Liqaya vəsiqə qazanmaq hüququna malik deyil. Elitada iştirak üçün "Zaqatala", "Turan Tovuz", "Kəpəz" və "Qaradağ Lökbatan" komandaları müraciət edib.

Azərbaycan I Divizionu, XXVII tur
6 may (cümə axşamı)

14:00. “Qarabağ-2” – “Keşlə-2”
Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əliyar Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kərim Ağayev
“ASCO Arena”

16:00. “Sabah-2” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Elmin Süleymanov, Kərim Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena” (ehtiyat meydança)

17:00. “Neftçi-2” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança)

7 may (cümə)

16:00. MOİK – “Sumqayıt-2”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu

16:00. “Zaqatala” - “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elman Kərimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right