“Məni ilk olaraq adam və yaxşı ata kimi tanısınlar”

"Neftçi”nin ulduz futbolçusu Keysuke Honda klubun televiziyasında yayımlanan “Həmsöhbət” verilişinin qonağı olub. Newsport.az xəbər verir ki, o, əvvəlcə öz həyatı haqqında danışıb: 

“Məni ilk olaraq adam və yaxşı ata kimi tanısınlar. Sonra futbolçu kimi haqqımda danışsınlar. Hazırda mən biznes haqqında deyil, yaxşı insan olmaq haqqında düşünürəm”. 

Honda hər iki qoluna daim saat taxmasına münasibət bildirib. O, saatların birində yerli, digərində isə Yaponiya vaxtının göstərilməsindən söz açıb: “Bu mənim üslubumdur. Dəbi sevirəm. Saatlar isə çox xoşuma gəlir”.

Yaponiyalı futbolçu “Neftçi”yə transferi barədə fikirlərini bölüşüb: “Pandemiyadan sonra klub tapmaq çətin idi. Özümə uyğun klub axtarırdım. Bəzi ölkələrdə “transfer pəncərəsi” açıq idi. Bu variantlardan birini seçməli idim. Yaponiyaya qayıtmaq istəmirdim, yeni çağırış gözləyirdim. Burada çempion olmaq üçün şansım var və bu məni həyəcanlandırır. Sevinirəm ki, burdayam”.

Honda MMA üzrə Yaponiyanın “Rizin” Qran Pri kəmərinin sahibi Tofiq Musayev və Vüqar Kərəmovla görüşündən danışıb: “Onları tanıyırdım. Vaxt tapıb oyunumuza gəldikləri üçün onlara təşəkkür edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right