Amil Yunanov: "Belə olmasını istəməzdim"

Premyer Liqanın 23-cü turunun "Qarabağ"la matçında rəqib qapıçı Şahruddin Məhəmmədəliyevi zədələyən "Səbail"in hücumçusu Amil Yunanov epizodla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı hücumçu "Instagram"da bunu qeyd edib:

"Allah köməyin olsun, qardaş. Belə olmasını istəməzdim. İnşallah, tez sağal!"

Üz, burun və kəllə nahiyələrində ciddi xəsarət alan Məhəmmədəliyevə 25 tikiş qoyulub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Səbail"in qolunu Amil Yunanov, "Qarabağ"ın isə Uroş Matiç vurub.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right