“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının 23-cü turunda bu gün "Zirə"ni qəbul edəcək "Neftçi" oyuna ciddi itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, bunu klub televiziyasına açıqlamasında komandanın baş həkimi Şaiq Zöhrablı bildirib. Onun sözlərinə görə, müdafiəçi Tallison Diasın ötən gün məşqin sonunda arxa əzələsində dartılma müşahidə olunub. O, braziliyalı futbolçunun bugünkü oyunu buraxacağını deyib:
 
"Futbolçunun müalicəsi davam edir. Əvəzində zədələrini bərpa edən Əhməd Əhmədov və Fəhmin Muradbəylinin fiziki durumları ilə bağlı problem yoxdur və oyunda iştirak edə biləcəklər. Komandadan götürülmüş koronavirus testlərinin nəticəsi də mənfidir".
 
Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” – “Zirə” matçına saat 20:15-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right