Millinin Yunanıstanla oyunu canlı yayımda

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizin yer aldığı 3-cü qrupda keçiriləcək Azərbaycan - Yunanıstan oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Newsport.az xəbər verir ki, aprelin 14-ü Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.


Aktivində 13 xal olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyə qədər millimiz 5 dəfə (2010, 2012, 2014, 2016 və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right