Premyer Liqamızda gənclərə ən çox şans verən komanda

Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CİES) gənclərə ən çox şans verən klubların siyahısını açıqlayıb.

Newsport.az xəbər verir ki, dünyanın 71 liqasında çıxış edən 999 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının göstəriciləri də qeyd olunub.

Çempionatımızda 21 yaşadək futbolçulara ən çox şans verən "Qəbələ"dir. Yaş ortalaması 26,5 olan "qırmızı-qaralar" 21 yaşadək olan oyunçularına orta hesabla 10,4 faiz şans verib. "Qarabağ" (26,6 yaş, 9,5 faiz) 2-ci, "Sabah" isə (26,7 yaş, 7,6 faiz) 3-cü pillədədir.

Ümumi siyahıya isə Latviya təmsilçisi “Metta” (88.1 faiz) başçılıq edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right