"Qarabağ" vahid lider oldu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

Newsport.az-ın məlumatına görəson oyun günündə 2 matç keçirilib. "Zirə" öz meydanında "Keşlə" ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.

Bağlanış matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib. 4:1 hesabı ilə qələbə qazanan Ağdam klubu zirvədə möhkəmlənib. Hazırda "atlılar" ən yaxın izləyiciyi "Neftçi"ni 3 xal qabaqlayır.


11 aprel (bazar)

19:15. “Qarabağ” –“ Sumqayıt” - 4:1
Qollar:
 Abdullah Zubir, 45+1 (1:0), Camaləddin Xocaniyazov, 46-avtoqol (2:0), Əli Qurbani, 59 (2:1), Abdullah Zubir, 71 (3:1), Filip Ozobiç, 78 (4:1)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
“Azersun Arena”

17:00. “Zirə” – “Keşlə” - 0:0
Hakimlər:
 Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right