“Azərbaycan çempionatı çox emosionaldı”

“Sabah”ın futbolçusu Zurab Oçiqavanın müsahibəsi...
 

- Premyer Liqanın son turunda “Qəbələ”yə qalib gəldiz. Bu, “Sabah”a gəlişindən sonra ilk qələbəniz idi. Matç barədə fikirlərini bölüşərdin.
- Komandanın hər bir üzvünə böyük “afərin” düşür. Bu oyunda göstərdik ki, biz bir komandayıq. Bizim üçün vacib qələbə idi. Lakin artıq bu matçı unudub, qarşıdakı oyunlarımıza köklənməliyik.

- Komandada baş məşqçi dəyişikliyi baş verdi və bunun ardınca, nəhayət, qələbə qazandız. Ramin Quliyev nələri dəyişib?
- Əlbəttə, dəyişiklik öz təsirini göstərdi. Komandada hamı bir-birinə inanır və bu amil komanda üçün çox böyük üstünlükdü.

- “Sabah”a gəlişindən dərhal sonra əsas heyətin üzvünə çevrildin. Belə sürətli adaptasiya necə baş verdi?
- Bunun xüsusi bir səbəbi yoxdu. Sadəcə, məşqlərə özümü ən yaxşı şəkildə göstərməyə və hər oyunda əlimdən gələnin ən yaxşısını ortaya qoymağa çalışıram.

- Ümumiyytlə, “Sabah”a keçidin necə alındı?
- Adi qaydada. Təklif gəldi, fikirləşdim və qəbul etməyi daha məqbul saydım.

- Ukraynada, Estoniyada oynamısan. Azərbaycan çempionatını bu liqalarla necə müqayisə edə bilərsən?
- Hər çempionatın özünəməxsus xarakteri, özünün maraqlı yönləri var. Azərbaycan çempionatı bu baxımdan çox emosionaldı. Futbolçular hər oyuna çox emosional yanaşırlar. Oyun daha çox meydanın mərkəzindən kənarda gedir. Azarkeşlər bu cür oyunları bəyənirlər.

- Növbəti tur 7-ci pilləni bölüşdüyünüz “Səbail”lə qarşılaşacaqsız. Turnir cədvəli baxımından əhəmiyyətli olan bu matçdan nə gözləyirsən?
- Qarşıda bizi gözləyən digər oyunlar kimi bu matç da vacibdi. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. “FutbolPress”





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah