Millimiz Slovakiya ilə heç-heçə edib, qrup birinciliyini təmin etdi Yenilənib

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, yığmamız Slovakiya ilə qarşılaşıb. Levice şəhərində keçirilən görüşdə hesabı rəqib komanda açıb. Yığmamız görüşün başa çatmasına 32 saniyə qalmış hesabı bərabərləşdirərək, məğlubiyyətdən qaçıb. 

Bu nəticədən sonra xallarını 13-ə çatdıran milli komadanmız qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.

Qeyd edək ki, millimiz əvvəlki dörd oyunun hamısında qələbə qazanıb.

AÇ-nin seçmə mərhələsi,  3-cü qrup

 

8 aprel
 
18:00. Slovakiya – Azərbaycan - 1:1
Qollar:
 Dosha, 15 (1: 0), Halo, 40 (1: 1)
Hakimlər: Kirill Nayshouler (Finlandiya), Arttu Kiynaeraeynen (Finlandiya), Martin Matula (Slovakiya).
Slovakiya. Levice

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah