“Sumqayıt”dan 100-cü qələbə!

“Sumqayıt” tarixində 100-cü qələbəsini qazanıb.
 
Newsport.az xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının 21-ci turuna təsadüf edib.
 
Səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə edən sumqayıtlılar 158 dəfə uduzub.
 
2010-cu ildə yaradılan klub indiyədək Premyer Liqada 77, Azərbaycan kubokunda 10, Birinci Divizionda 13 dəfə qələbə qazanıb.
 
“Sumqayıt”ın ilk qələbəsi də aşağı dəstəyə təsadüf edib. 2010/11 mövsümündə “Sumqayıt Şəhər” adı ilə çıxış edən debütant ilk qələbəsini 2010-cu il oktyabrın 2-də qazanıb. Həmin gün “Gənclik şəhəri” təmsilçisi evdə “Karvan”ı bir qolla məğlub edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right