"Neftçi" Qəbələyə ciddi itkilərlə yollanacaq

Premyer Liqanın 22-ci turunda "Qəbələ"nin qonağı olacaq "Neftçi"də itkilər var.

 

Newsport.az xəbər verir ki, komandanın qvineyalı yarımmüdafiəçi Mamadu Kane və bombardiri Namiq Ələsgərov 21-ci turun "Sumqayıt"la matçında (0:2) sarı vərəqə limitlərini doldurublar.

 

Bu səbəbdən hər iki futbolçu Qəbələ səfərində komandaya kömək etməyəcəklər. Aprelin 10-da keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right