28 oyunda 59 qol

Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü dövrə başa çatıb.
 
Newsport.az xəbər verir ki, dövrənin 28 oyununda 59 qol vurulub.
 
Bu qarşılaşmalardan 16-da qalib müəyyənləşibsə, 12 heç-heçə qeydə alınıb.
 
Dövrənin ən yaxşısı “Neftçi” olub. Paytaxt təmsilçisi qələbə, vurulan qol və xal sayında hamını qabaqlayıb. Ən az qol buraxan və top fərqində ən yaxşı olan “Qarabağ” ikincidir. “Sumqayıt”la “Zirə” də ağdamlılar kimi yalnız bir dəfə uduzub.
 
Dövrə ərzində qələbəsi olmayan yeganə klub “Keşlə” qapısında ən çox qol görən komandadır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right