Nuriyev üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Kolos”la qarşılaşıb. “Minay” bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycan yığmasının da üzvü olan futbolçu 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Rüstəm isə 88-ci dəqiqədə meydana buraxılıb.
 
“Minay” 20 turdan sonra 15 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right