"Çempionatın səviyyəsindən razı deyiləm" - Qurban Qurbanov

“Çox gərgin oyun alındı. Həm də vacib xal qazandıq. Komandanı optimal heyətə gətirmək çox çətin idi. Futbolçularımız çətinlik çəkdilər. Düşünürəm ki, 1 xala layiq idik. Sənan Qurbanova da uğur arzulayıram".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turunda "Keşlə" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

- Kapitan Maksim Medvedev niyə oynamadı?

- Dünən onun qızdırması qalxdı. Narahat olduq ki, birdən Covid-19-a yoluxar. Ancaq səhər yoxlanıldı. Hər şey qaydasındadır. Ümid edirəm ki, yaxın zamanda sıraya dönər.
 
- Mahir Emrelinin yoxluğu nə dərəcədə hiss olundu?


- Bu gün gördünüz ki, tam rotasiya edə bilmədik. Ancaq biz dəfələrlə Mahirsiz və Qarasız oynamışıq.  Bu gün rəqibə qarşı oynamaq çətin idi. Müdafiədə çox kompakt oynayırdılar. Matçda dəyişikliklər etmişdik. Bu barədə məşqlərdə işləməliyik. İstər-istəməz bəli, Mahirin olmaması hücum xəttində özünü göstərdi. Hücumu gücləndirmək istəyirdik, ancaq çətinlik çəkirdik. Ovusunu neçə vaxtdır bu mövqedə oynatmırdıq. Əlimizdə gənc futbolçular var. Çalışırıq ki, onların da ustalıq səviyyəsini qaldıraq.

Sizcə, "Neftçi"nin məğlubiyyəti bundan sonrakı oyunlara necə təsir edəcək?

- Son dəqiqələrdə vurulan qol oyunçulara inam verir. Qarşıda oyunlar var. Bütün matçlarda diqqətli olmalıyıq. Bəzən məğlubiyyət komandaların xeyrinə olur. Qarşıdakı turlarda turnir cədvəlində yerlər dəyişilə bilər.

- "Neftçi" uduzdu, siz isə xal itirdiniz. Çempionatn səviyyəsinin qalxdığını demək olar?

- İki oyuna görə çempionatın səviyyəsinə qiymət vermək olmaz. Mən həmişə bir xala önəm vermişəm. Get-gedə bütün komandalar bir-birini o qədər yaxşı tanıyır ki, onlara qarşı oynamaq asandır. Çempionatın səviyyəsindən razı deyiləm. Daha yaxşı olmasını istəyirəm. Avropada yaxşı oynamaq üçün çempionatın səviyyəsi qalxmalıdır. Çempionatdakı komanda sayı azalmasın. Həmişə demişəm ki, say artmalıdır. Heç bir komandaya eyni rəqiblə 4-6 dəfə oynamaq xoş deyil. Nə qədər çox komanda olsa, o qədər yaxşıdır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right