Honda Azərbaycan çempionatında debüt etdi

"Neftçi"nin yeni transferi Keysuke Honda komandada rəsmi debütünü edib.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 21-ci turunda hazırda davam edən "Sumqayıt"la matçda meydana çıxıb. O, oyuna 46-cı dəqiqədə daxil olub.

Qeyd edək ki, Yaponiya millisinin sabiq üzvü "Neftçi" ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right