"Neftçi" 2 itki ilə üzləşdi

Premyer Liqanın 21-ci turunda hazırda “Sumqayıt”la qarşılaşan “Neftçi”nin iki aparıcı futbolçusu cəzalı duruma düşüb.

Newsport.az-ın məlumatına görə, qvineyalı yarımmüdafiəçi Mamadu Kane və çempionatın bombardiri Namiq Ələsgərov bu görüşdə mövsümdə 4-cü sarı vərəqəsini alıb. Kaneyə 25, Namiqə isə 72-ci dəqiqədə rəsmi xəbərdarlıq edilib.

Bununla da, hər iki futbolçu 22-ci turda “Qəbələ” ilə səfər oyununu buraxmalı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right