"Qarabağ"ın sabiq hücumçusunda narkotik aşkarlandı

"Qarabağ"ın sabiq futbolçusu, hazırda Rumıniyanın “Dinamo” klubunda çıxış edən Maqaye Qeye narkotik maddə qəbul etməkdə ittiham olunur.

Newsport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Rumıniya kubokunun “Styaua” ilə matçından sonra hücumçunun qanında kokain aşkarlanıb.

Qeyd edək ki, Qeye 2019/2020 mövsümündə “Qarabağ”da çıxış edib. O, Ağdam klubunda 28 oyuna 8 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right