Ayxan Abbasov 100-ə çatdı

“Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov Azərbaycan Premyer Liqasında baş məşqçi kimi 100-cü oyununu keçirib.
 
Newsport.az xəbər verir ki, bu, 19-cu turun “Sabah” - “Sumqayıt” matçına (1:1) təsadüf edib.
 
Hesabında eyni sayda – 35 qələbə və məğlubiyyət olan mütəxəssis yubiley matçında yubiley – 30-cu heç-heçəsinə imza atıb.
 
Abbasov Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-18-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.
 
Qeyd edək ki, onun Premyer Liqada baş məşqçi kimi debütü 2016/17 mövsümünün ikinci yarısına təsadüf edib. 2017-ci il yanvarın 29-da “Zirə” öz meydanında AZAL-a 2:1 hesabı ilə qalıb gəlib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right