"Neftçi"də 25-ci qol

Namiq Ələsgərov “Neftçi”nin heyətində 25-ci qolunu vurub.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki,  yubiley Azərbaycan Premyer Liqasının 19-cu turuna təsadüf edib. “Keşlə” ilə ev matçında hesabı açan yarımmüdafiəçi paytaxt təmsilçisində 25-ci dəfə fərqlənib. Namiq sonradan penaltidən yararlanmaqla qol sayını 26-ya çatdırıb. Ələsgərov buna 115-ci matçında nail olub. O, bu qollardan 23-nü Premyer Liqada, 2-ni Azərbaycan kubokunda, 1-ni Avropa Liqasında vurub.

2016/17 mövsümündən “Neftçi”də çıxış edən Namiq ilk qolunu da “Keşlə”yə vurub. O, 2017-ci il fevralın 9-dakı səfər görüşündə fərqlənib. Həmin matçda da “Neftçi” indiki kimi 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Neftçi” “Keşlə” ilə matçda 3:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah