"Neftçi"nin kapitanı və legioneri cəzalı duruma düşdü

"Neftçi"nin futbolçuları Mamadu Mbodj və Emin Mahmudov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Səbail"lə oyunu buraxacaqlar.

Newsport.az xəbər verir ki,  buna səbəb seneqallı legioner və kapitanın 19-cu turda "Keşlə" ilə matçda (3:1)  sarı vərəqə limitlərini doldurmalıdır. Bu, onların mövsümdə dördüncü xəbərdarlığı olub və futbolçular növbəti tur üçün cəzalı duruma düşüb.

Qeyd edək ki, martın 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 17:15-də başlanacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right