Paşayevin komandası səfərdən bir xalla döndü

Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Dnepr”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 84-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Aleksandriya” 17 turdan sonra 23 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right