Visente Qomes: "Bunu futbolçulardan soruşmaq lazımdır"

“Sabah”ın baş məşqçisi Visente Qomes Premyer Liqanın 19-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Newsport.az-ın məlumatına görə, ispaniyalı məşqçi əvvəlcə oyunu (1:1) şərh edib:

 

- Bərabər səviyyədə oyun keçdi. İlk hissədə üstün tərəf biz idik. İkinci hissədə isə rəqib daha yaxşı oynadı. Rəqib səhvimizdən istifadə edərək, hesabı bərabərləşdirdi.

 

- Sizə elə gəlmirmi ki, komanda qol vurandan sonra tez geri çəkildi?
- İkinci hissədə top bizdə olmadı. Buna görə çəkilməli olduq.

 

- Komanda son oyunlarda sanki psixoloji olaraq qırılma yaşayır. Bunu nə ilə əlaqələndirmək olar?
- Bunu futbolçulardan soruşmaq lazımdır. Son 3 oyunda hesabı biz açsaq da, üstünlüyü qoruya bilmirik

 

- Oyunda dayaq müdafiəçiləriniz çox boşluqlar verirdi sanki. Bu haqda nə deyə bilərsiz?
- İlk hissədə buna daha yaxşı nəzarət edirdik və problem olmurdu. Qoldan sonra burada tamamilə problemlər yaşandı. Fasilədə də futbolçulara bu haqda bəhs etmişdim.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah