"Neftçi"dən qələbə, "Sabah" "Sumqayıt"la heç-heçə etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Sumqayıt" "Sabah"ın qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1. Günün son qarşılaşmasına lider "Neftçi" "Keşlə"ni qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 19-cu tura sabah yekun vurulacaq.

8 mart (bazar ertəsi)
 

18:15. “Neftçi” – “Keşlə” - 3:1
Qollar: 
Namiq Ələsgərov, 6 (1:0),  Ömər Buludov, 19 (2:0), Namiq Ələsgərov, 64-pen (3:0), Azər Salahlı, 82 (3:1)
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
“ASK Arena”

 

16:00. “Sabah” – “Sumqayıt” - 1:1
Qollar:
 Təmkin Xəlilzadə, 34 (1:0), Camaləddin Xocaniyazov, 70 (1:1) 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right