Slovakiya yığması millimizin qrupunda ikinci pilləyə yüksəldi

Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı 3-cü qrupda daha bir oyun keçirilib.
 
Newsport.az xəbər verir ki, doğma meydanda Yunanıstan yığması ilə qarşılaşan Slovakiya millisi böyükhesablı qələbə qazanıb – 6:0.
 
Bu qələbə sayəsində slovakiyalılar qrupda ikinci pilləyə yüksəliblər.
 
Qeyd edək ki, son olaraq Moldova yığmasına 5:1 hesabıyla qalib gələn Azərbaycan millisi bu qrupda vahid liderdir:
 
1. Azərbaycan - 9
2. Slovakiya - 4
3. Moldova - 4
4. Yunanıstan - 0




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah