Sumqayıtdakı oyunda azarkeş tribunada əyləşib, hakimləri təhqir edib

Azərbaycan Premyer Liqasında XVIII turun "Sumqayıt" - "Zirə" matçında stadiona azarkeş daxil olub. Newsport.az xəbər verir ki, bu barədə matçın AFFA nümayəndəsi İlham Əliyev məlumat verib.
 
Onun sözlərinə görə, "Kapital Bank Arena"da keçirilmiş qarşılaşmada təhlükəsizlik əməkdaşlarının ani diqqətsizliyindən istifadə edən fanat tribunada əyləşərək, oyunun hakimlər briqadasını təhqir edib.
 
ƏIiyev problemin qısa vaxt ərzində aradan qaldırıldığını və həmin şəxsin ərazidən kənarlaşdırıldığını bildirib.
 
"Sumqayıt" klubunun Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov isə baş verənləri "kiçik anlaşılmazlıq" adlandırıb: "Verilən cəzaya heç bir etirazımız yoxdur. Bu barədə ətraflı şərh verməyə ehtiyac duymuruq". (Report)
 
Qeyd edək ki, AFFA İntizam Komitəsi qolsuz heç-heçə ilə başa çatan oyunda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğu üçün meydan sahiblərini 800 manat məbləğində cərimələyib.
 
Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən, idman yarışlarına azarkeşlərin buraxılması qadağandır. Bu hadisə isə onu göstərir ki, Sumqayıtdakı matçda Əsasnamə ilə yanaşı, karantin qaydaları da pozulub.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah