Divizion klublarının də cəzası açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Keşlə-2” – “Zaqatala” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
“Neftçi-2” - “Qaradağ Lökbatan” oyununda “Neftçi”nin futbolçusu Nazim Məmmədzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib. “Neftçi”nin digər futbolçusu Əmrah Bayramov da qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib. “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right