Rəqabətli çempionatlar: Azərbaycan İngitərə və Türkiyə ilə eyni siyahıda

FIFA son 15 mövsümdə Avropanın ən rəqabətə davamlı çempionatların reytinqini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, siyahı hazırlanarkən ötən hesabat dövründə çempion olan klubların sayı əsas götürülüb.

55 milli federasiya arasında Azərbaycan 5 müxtəlif klubun çempion olduğu kateqoriyaya düşüb. Bu kateqoriyada 12 ölkə yer alıb. Bunlar, Andorra, Belçika, Kipr, İngiltərə, İslandiya, Malta, Niderland, Rusiya, San Marino, Türkiyə və Uelsdir.

Ali futbol qurumu ümumilikdə 7 kateqoriya müəyyənləşdirib. Ən rəqabətsiz çempionatlar Xorvatiya, Cəbəllütariq, Portuqaliya, Şotlandiya, Serbiya və Ukrayna hesab edilib. 15 mövsüm ərzində bu ölkələrin hər birində yalnız iki komanda çempion adını qazanıb.

Ən rəqabətli liqalar isə Gürcüstan, Kosovo, İrlandiya və İsveçdir. Burada isə həmin dönəmdə 8 komanda qızıl medallara sahib olub.

Son 15 mövsümdə Avropanın "top-5" çempionatlarından ən raqabətlisi Fransa Liqa 1-dir. Son vaxtlar yalnız PSJ-nin çempion olmasına baxmayaraq, 7 komanda 15 mövsümdə qalib adına yiyələnib. "Top-5"də İspaniya La Liqası və İtaliya A Seriyası 3 çempion komanda olduğu üçün ən rəqabətsiz yarış hesab edilib.

Qeyd edək ki, son 15 mövsümdə "Qarabağ" 7, "Neftçi" 3, "Bakı" 2, "İnter" 2, "Xəzər Lənkəran" isə 1 dəfə Azərbaycan çempionatının qalibi olub. Bu komandalardan "Bakı" və "Xəzər Lənkəran" artıq fəaliyyətini dayandırıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah