Fariz Nəcəfovdan hakimlərə etiraz

“Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov baş məşqçiləri Elmar Baxşiyevin Premyer Liqasımızda hakimliyin durumu ilə bağlı narazılığına münasibət bildirib.

O, Qol.az saytına müsahibəsində deyib ki, təkcə “Qəbələ” deyil, bir çox klub son turlarda hakimliklə bağlı etiraz edib.

“Çempionatın ən önəmli mərhələsinə qədəm qoyuruq. Hər kəs Avroliqa iddiasındadır. Bu səbəbdən hər hakim səhvi mövsümün gedişatına ciddi təsir göstərir və etirazlar çoxalır. Bizim klubun son turlarda etirazı əlbəttə ki, haqlıdır. Futbol ictimaiyyəti də, mətbuat da bu yöndə klubumuzun mövqeyinə şərikdir. Ümid edirəm ki, gələcəkdə oyunlarımızda hakimlik müzakirə mövzusu olmayacaq” – deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right