“Bakcell Arena” Türkiyə millisinə görə təmirə dayanır

Xəbər verdiyimiz kimi, “Neftçi”nin Azərbaycan Premyer Liqasında “Keşlə”yə qarşı oyunları ilə bağlı dəyişiklik edilib. “Bakcell Arena”da aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar Azərbaycan Premyer Liqasında 3-cü dövrənin 19-cu turunun oyunu “Neftçi” – “Keşlə”, 4-cü dövrənin 25-ci turunun görüşü isə “Keşlə” – “Neftçi” olacaq.

“Bakcell Arena”aparılacaq təmir işləri nə ilə bağlıdı? Daha hansı oyunların yeri dəyişdirilə bilər?

“Neftçi”nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allehverdiyev bununla bağlı deyib:

“Məlumdur ki, Türkiyə millisi AVRO-2020-də qrup oyunlarını Bakıda keçirəcək. Onlar hazırlıq prosesi üçün “Bakcell Arena”nı seçiblər. Bu səbəbdən stadion aprelin axırı, mayın əvvəlində təmirə bağlanacaq. Həm ot örtüyü, həm də ümumən infrastruktur baxımından yenidənqurma işlərinə ehtiyac var.

“Keşlə” ilə 4-cü dövrənin oyunu mayda keçirilməli idi. Onlarla razılığa gəlib matçların yerini dəyişdik. Mayda daha bir ev oyunumuz “Qarabağ”a qarşı olacaq. Bununla bağlı da belə dəyişiklik etmək istəyirdik, sadəcə bizim də gec xəbərimiz oldu və alınmadı. “Qarabağ”la son tur oyunu böyük ehtimalla “Dalğa Arena”da keçiriləcək” (Futbolpress).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah