"Bəzən belə derbilərdə düşünmədiyin nəticə olur" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri matçı şərh edib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

Pis oyun alınmadı. Oyunun tepmi sona qədər düşmədi. İlk hissədən sonra rəqib hesabda geri olsa da, yaxşı oyununu sona kimi saxladı. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımdan razı qaldım, çox istəkli idilər və düzgün oynamağa çalışırdılar. Bəzən bizim 3-4 qolluq oyunlarımız olur, bəzən də qol vurmağa çətinlik çəkirik. Bu da rəqiblərin bizə qarşı daha diqqətli olmasından irəli gəlir. Qarşıda vacib oyunlarımız var.

“Neftçi”yə məğlubiyyətdən sonra komandada oyun baxımından irəliləyiş hiss olunur. Bu məğlubiyyətin “Qarabağ”ı “qış yuxusu”ndan ayıltdığını demək olar?

Bəzən belə oyunların müsbət təsiri olur. Bizim “Neftçi”yə kimi oyunlarımızda da məhsuldarlığımız pis deyildi. Sadəcə, bəzən belə derbilərdə düşünmədiyin nəticə olur və bu da futbolçulara psixoloji təsir edir. Bəlkə də, həmin məğlubiyyətin komandaya faydalı olduğunu mövsümün sonunda görəcəyik. Tam deyə bilmərəm ki, o məğlubiyyətin çox qol imkanları yaratmağımıza təsiri olub.

Penaltini Filip Ozobiçin yerinə yetirməsinə əvvəldən qərar verilmişdi?

Bəli, paltardəyişmə otağında artıq qərar verilmişdi ki, penalti olacağı halda onu kim yerinə yetirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right