Elmar Baxşıyev: “Qarabağ” bizdən üstündür”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” çempionatın favoritidir. Heyətimizdə itkilər var idi. Heyətimiz də kasad olduğu üçün rotasiyaya getməyə məcbur idik. İki fərqli hissə oldu. İlk hissədə narazı qaldığım epizodlar oldu. “Qarabağ” bizdən üstündür. Təslim olmuruq, öz oyunumuzla yuxarı pillərə qalxmağa çalışacağıq.

Bu mövsüm “Qəbələ”nin çıxışı göz oxşayır. Qarşınıza Avroliqaya getmək kimi bir məqsəd qoyulubmu və inanırsızmı ki, Avroliqaya vəsiqə qazana bilərsiz?

Qarşımızda Avroliqaya getmək vəzifəsi qoyulmayıb. Nə olur olsun, avrokuboklara getməliyik deyə bir şey yoxdur. Öz oyunumuz var və daha da yaxşı olacağıq. Komandanın potensialı var, Avroliqaya gedə bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right