Azərbaycan Premyer Liqasında 18-ci turun növbəti iki oyunu üçün hakim təyinatları açıqlanıb.
Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, "Sumqayıt" - "Zirə" matçıbı İnqilab Məmmədov, "Neftçi" - "Sabah" oyununu isə Rəşad Əhmədov idarə edəcək.
3 mart (çərşənbə)
“Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
“Kapital Bank Arena”, 16:00
“Neftçi” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
“Bakcell Arena”, 18:15