Abdullayevli “Boluspor”dan darmadağın

Futbol üzrə Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Menemenspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.
 
Araz da bu görüşün iştirakçısı olub. O, matçın 64-cü dəqiqəsində meydana buraxılıb.
 
24 oyundan sonra hesabında 26 xalı olan “Boluspor” 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right