“Qarabağ”la “Qəbələ”nin 60-cı dueli

Bu həftə Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək.
 
Newsport.az xəbər verir ki, martın 2-də start götürəcək turun ilk günündə meydana çıxacaq “Qəbələ” son ölkə çempionu “Qarabağ”la qarşılaşacaq. Görüş Bakıdakı “Azersun Arena”da təşkil olunacaq.
 
Bu iki komanda arasında 60-cı matç olacaq. Yubiley dueli ərəfəsində rəqiblər 59 dəfə üz-üzə gəlib. İndiyədək 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 görüşdə heç-heçə edib. Digər 28 matçda Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 82 top buraxıb.
 
“Qəbələ” Premyer Liqada 48 dəfə “Qarabağ”la qarşılaşıb. Digər 11 matç ölkə kubokuna təsadüf edib. Çempionatdakı matçlarda 10 dəfə üç xal qazanan “qırmızı-qaralar” 14 dəfə bir xalla kifayətlənib. Digər 24 görüşdə “Qarabağ” qalib gəlib. Bu oyunlarda “Qəbələ” 42 top vurub və 68-ni buraxıb.
 
“Qəbələ” tarixində 30-cu dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 9 heç-heçə edib və 16 dəfə uduzub. Səfərdə 21 qolu olan “Qəbələ” futbolçuları 46 top buraxıb.
 
Xatırladaq ki, martın 2-də “Azersun Arena”da keçiriləcək matça saat 18:15-də start veriləcək.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah