Milli komanda "Qəbələ"yə uduzdu

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin U-19 komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. U-17-nin qollarını penaltidən Sənan Ağalarov və İbrahim Ağayarov vurub.

 

Milli hazırlıq çərçivəsində son oyununu martın 2-də “Kəpəz”ə qarşı keçirəcək.

 

Yığma ilk sınağında yerli “Turan Tovuz” komandasını 2:0 hesabıyla üstələmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah