"Şerif" futbolçulara 10 min dollar, "Qarabağ" isə 5 dəfə çox ödəyir"

"Şerif"lə "Qarabağ"ın sistemi eynidir. Hər iki klub bütün dünyadan legionerlər dəvət edir və onlara yaxşı məvacib verir. Ona görə də əcnəbilər Bakı və Tiraspola gəlirlər".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Rusiyada fəaliyyət göstərən "Qarabağ" futzal klubunun baş məşqçisi Elnur Vəliyev "moldfootball" nəşrinə müsahibəsində deyib. Ağdamın "Qarabağ" klubu ilə Moldova "Şerif"ini müqayisə edən 35 yaşlı mütəxəssis Azərbaycan çempionunun daha yaxşı büdcəyə sahib olduğunu bildirib:

"İki komanda arasında yeganə fərq odur ki, "Şerif" futbolçulara 10 min ABŞ dolları, "Qarabağ" isə bundan 5 dəfə çox ödəyir. Ona görə də Azərbaycan çempionu avrokuboklarda 3 dəfə "Şerif"i mübarizədən kənarlaşdırıb".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right