PFL bir oyunun yerini dəyişdi

Azərbaycan Respublikası ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub.

Newsport.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, aparılan müşahidələrdən sonra Azərbaycan 1-ci divizionunun 15-ci turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun 1 mart tarixdə sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub.

“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edib:

15-ci turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında keçirilsin və görüş “Neftçi-2” – “Qaradağ Lökbatan” kimi qeyd olunsun.

23-cü turun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu isə “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right