Mövsümün rekordu qırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ən uzun qələbə seriyası qırılıb.
 
Newsport.az xəbər verir ki, ardıcıl 5 oyunda qalib gələn “Neftçi” “Zirə” ilə səfər matçından xalsız ayrılıb - 0:1.
 
17-ci turun görüşünədək bakılılar son xal itkisini də məhz eyni rəqiblə görüşdə yaşamışdı. 11-ci turun ev görüşündə qolsuz sülh qeydə alınmışdı. Ardınca “Neftçi” “Sabah” (2:0), “Keşlə” (2:1), “Səbail” (3:1), “Qarabağ” (2:1) və “Qəbələ”ni (1:0) məğlub edib.
 
Qeyd edək ki, ikinci ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur. Ağdamlılar iki dəfə üç qələbədən ibarət seriyaya imza atıb.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah