“Sabah”ın legionerləri üçün əlamətdar oyun

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun “Keşlə” ilə oyunu (1:1) “Sabah”ın iki oyunçusu - Zurab Oçiqava və Tiemoko Fofana üçün əlamətdar olub.
 
Newsport.az xəbər verir ki, start heyətində yer alan və 90 dəqiqə meydanda olan Zurab “Sabah”da ilk oyununu keçirib.
 
Qarşılaşmanın 90+1-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atan Fofana isə “Sabah”da qol hesabını açıb.
 
Fil Dişi Sahilindən olan forvard buna Premyer Liqadakı 4-cü oyununda nail olub. 21 yaşlı hücumçu Premyer Liqada “Sabah”ın heyətində qol vuran 25-ci futbolçudur.
 
Yüksək liqada “Sabah”ın heyətində ən çox qol vuran futbolçu isə Marko Deviçdir (9 qol).




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right