"Bu məsələni bağlamaq lazımdır" - Qurban Qurbanov

"Qələbə bizim üçün çox vacib idi. Amma komandadakı istək məni daha çox sevindirir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə  "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar rəqib komandalarda aqressiya hiss edilir: 

"Bəzi epizodlarda tələsirdik. Bu istəyi qoruyub saxlamaq lazımdır. Çalışmalıyıq ki, bütün komponentlərə diqqət yetirək. Aftandil Hacıyevə uğurlar arzulayıram. Çox kompakt və istəkli komandası var. Öz futbolçularım bu gün çox əziyyət çəkdi. İnanıram ki, bu istək davam edəcək".

Qurbanov 4 oyunluq cəzalandırılan Kevin Medina ilə bağlı sualı belə cavablandırıb:

"Bu məsələni bağlamaq lazımdır. Klubun daxili nizam-intizam kodeksi var. Futbolda gözlənilməz vərəqələr olur. Həmişə futbolçunun vərəqni hansı səbəbdən aldığına önəm vermişəm. Medina klub tərəfindən cəzalandırılıb, amma detalları açıqlamırıq. Özü də çox fikir edir. Gözlənilmədən qırmızı vərəqə alıb. Bəzən qalib gəlmək istəyi belə hallara gətirib çıxarır. Bir daha bu məsələyə qayıtmasaq, daha yaxşı olar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right