“İlk hissədəki oyunumuz bizə ümid verir” – Visente Qomes

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

Çoxlu qol vurma şanslarımız və fürsətlərimiz var idi, lakin biz bundan istifadə edə bilmədik. Birinci hissədə rəqibə qol vurmaq fürsəti yaratmadıq. Ancaq ikinci hissə bərabər səviyyədə oyun keçdi. İkinci hissədə demək olar ki, 10-15 dəqiqə rəqib bizdən daha yaxşı çıxış etdi. Biz  buraxmayacağımız bir qolu qapımızda gördük. Lakin başqa oyunlardan fərqli olaraq, bu ikinci hissədə uşaqlar yaxşı reaksiya verdilər. Hesabı bərabərləşdirməyə nail ola bildik.

Çempionat sona yaxınlaşır. Nə üçün qol imkanlarınızdan yararlana bilmirsiz?

Bu suala cavab vermək çətindir. Bizim düşdüyümüz bu “qara zolaq”da çoxlu səhvlər edirik. İstədiyimiz yerdə deyilik. Çalışırıq ki, bu vəziyyətdən çıxaq. İlk hissədəki oyunumuz bizə ümid verir. Bu oyunu davam etdirsək, “qara zolaq”dan çıxa biləcəyimizə inanıram.

- Mövsümün sonuna kimi komanda bu zolaqdan çıxa biləcək?

- Biz bunun üzərində çalışırıq. Birinci hissədəki oyunumuz bizə kifatət qədər ümid verir ki, bu zolaqdan çıxa bilək. Əgər  oyunumuzu birinci hissədəki kimi davam etdirə bilsək, bu dinamikadan çıxa biləcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right