Eduard Blanuta millimizlə oyundan danışdı

Qadın futbolçulardan ibarət Moldova yığmasının baş məşqçisi Eduard Blanuta Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirdikləri oyunu şərh edib.
 
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Blanuta 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
“Qələbəni hansı komanda daha çox istədi, o da qələbə qazandı. Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right