“Oyundan öncə verdiyimiz sözümüzü tutduq”

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində Moldovaya qarşı keçirdikləri oyunu şərh edib.
 
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
 
“İspaniya ilə oyundan sonra bu qarşılaşmaya köklənmək bir qədər çətin oldu. Komandam 90 dəqiqə xarakter, mübarizə, istək nümayiş etdirdi. Düzdür, oyun ərzində bəzi tapşırıqları daha dəqiq yerinə yetirə bilərdik. Misal üçün, əlavə qollar vura bilərdik. Bu çatışmazlıq oyun təcrübəmizin az olması ilə əlaqədardır. Əsas o idi ki, oyundan əvvəl verdiyimiz sözümüzü tutduq və qələbə qazandıq. Qələbə münasibətilə komandamı təbrik və təşəkkür edirəm. Ümid edirəm, əldə etdiyimiz qələbə ilə əvvəlki məğlubiyyəti unutdura bildik”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right