PFL oyunları təxirə saldı

Azərbaycan Respublikası ərazisində mövcud olan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası yeni qərar qəbul edib.

 

Newsport.az xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan I Divizionunun bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb. Görüşləri vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat veriləcək.

 

Turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi saat 14:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right