“Qarabağ”ın 3 futbolçusu “Səbail”ə qarşı oynamayacaq

“Qarabağ” Azərbaycan Premyer Premyer Liqasının 17-ci turunda “Səbail”ə qarşı keçirəcəyi ev oyununa itkilərlə çıxacaq.
 
Newsport.az xəbər verir ki, müdafiəçi Rahil Məmmədov və hücumçu Ovusu Kvabenə zədəli olduqları üçün qarşıdakı görüşü də buraxacaqlar.
 
Hər iki oyunçu 16-cı turda "Sumqayıt"la qolsuz bərabərə qaldıqları matçda da eyni səbəbdən iştirak etməyib. Məmmədov və Kvabenanın zədələri tam sağalmadığından, fərdi məşqlərə üstünlük verirlər.
 
Cəzalı durumda olan Kevin Medina da komandasına kömək edə bilməyəcək.
 
"Səbail"də isə yalnız Kamran Ağayev cəzalı olduğundan, oyunu buraxmalı olacaq. (Report)
 
Qeyd edək ki, fevralın 25-də "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Səbail" oyunu saat 18:30-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right