Azərbaycan çempionatında forma və topdaşıyanlara görə cərimə kəsildi

Futbol üzrə Azərbaycan I Divizionunda XIV turun iki oyunu gec başlayıb.
 
Newsport.az xəbər verir ki, səbəb kimi MOİK-lə səfər oyununda "Zaqatala"nın, "Neftçi - 2" ilə ev oyununda isə "Keşlə-2"nin qapıçısının geyimində qüsur olması göstərilib.
 
Sözü gedən problemlə əlaqədar hər iki görüş gec başlayıb.
 
AFFA İntizam Komitəsi "Zaqatala" və "Keşlə-2"ni hərəyə 80 manat məbləğində cərimələyib. Eyni məbləğdə cərimə MOİK-ə xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulması ilə əlaqədar kəsilib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right